Ərdoğan: Türkiyə və Rusiya regionun əsas oyunçularıdır | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Türkiyə və Rusiya regionun əsas oyunçularıdır

12:59 - 09 / 08 / 2016
Ərdoğan: Türkiyə və Rusiya regionun əsas oyunçularıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqa səfəri ərəfəsində “Rossiya-24” telekanalı və TASS agentliyinə müsahibə verib.

Türkiyə və Rusiya Suriya problemini birgə həll etməlidir

Məhz Rusiya Suriyada sülhün bərqərar olması məsələsində əsas və vacib oyunçudur, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib:

“Hesab edirəm ki, problemi Rusiyanın Türkiyə ilə birgə addımları hesabına həll etmək olar. Əgər söhbət iştirkaçıların əhatəsini genişləndirməkdən gedirsə, o zaman daha əvvəllər də əziz dostum Putinə bildirimişdim: lazımdırsa İranı da buraya cəlb edək. Eləcə də Qətər, Səudiyyə Ərəbistanı və ABŞ-ı da dəvət etmək olar. Burada iştirakçıların geniş əhatəsini formallaşdırmaq olar. Əgər alınmazsa, o zaman Suriya ilə 950 kilometr ümumi sərhədə malik olaraq Rusiya Federasiyası ilə birgə ölkənin unitar quruluşunu pozmayaraq bir sıra addımalar ata bilərik. Suriyanın dağılmasını istəmirik. Bunun baş verməməsi üçün 600 min insanın ölümündə günakarlandırılan Bəşər Əsəd şərti olaraq kənara çəkilməlidir. Suriyanın birliyini Əsədlə saxlamaq olmaz. Biz, dövlət səviyyəli terror aktları həyata keçirən cinayətkarı dəstəkləyə bilmərik. Qoy Suriya xalqı dövlət başçısı olaraq kimi görmək istədikərini özləri təyin etsin”.

Ərdoğan əminliyini bildirib ki, birgə səylər hesabına ölüm və qan tökülməsinin qarşısını almaq olar:

“Türkiyə və Rusiya Suriya problemini birgə həll etməlidir”.

Vurulmuş təyyarə ilə bağlı insident bədbəxtliklə nəticələndi və Türkiyəni dərindən kədərə bürüdü

Dövlət başçısı qeyd edib ki, Rusiyaya məxsus təyyarənin vurulması faciəsinin üstündən səkkiz ay keçib:

“Bu dövr ərzində əməkdaşlığımız bir sıra sahələr üzrə davam edib. Bildiyiniz kimi, Rusiya-Türkiyə münasibətlərində mal dövriyyəsini 100 milyard dollara yüksəltməyi planlaşdırırdıq. Bu sahədə çətinliklər yarandı. Reallaşdıracağımız bir sıra iri layihələr, xüsusən də “Akkuya” AES-in tikintisi dayandırıldı. Əminəm ki, bütün bu məsələləri müzakirə etmək, eləcə də Rusiya-Türkiyə münasibətləri üçün yeni səhifə açıla bilər. Bu səhifə özündə hərbi, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığı cəmləşdirir”.

Prezident qeyd edib ki, Türkiyə ilə Rusiya regionun aparıcı oyunçularıdır və onlar birlikdə bir çox işləri etməlidir:

“Məhz bu əminliklə Rusiya Federasiyasına səfər edəcəyəm. Heç şübhəm yoxdur ki, cənab Putin də bu səfərə mənim kimi hazırlaşıb. Bu barədə telekanalınızın verdiyi imkandan istifadə edərək fikirlərimi bölüşmək istərdim. Bu səfər ikitərəfli münasibətlər üçün dönüş nöqtəsidir. Və mən bütün türk xalqı adından səmimi qəlbdən cənab Putini və rusları salamlayıram”.

Vurulmuş təyyarə ilə bağlı insidentə toxunan Türkiyə prezidenti xatırladıb ki, bu hadisə Türkiyə üçün bədbəxtliklə nəticələndi və Ankaranı dərindən kədərə bürüdü:

 “Suriya ərazisində təyyarəni vurmuş şəxslər həbs olunaraq məhkəməyə verilib”.

Prezident qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam edir:

“Pilotlara gəlincə, mən adəti qaydalarımıza xas olmayan cavab tədbiri ilə bağlı vəziyyəti aradırmağı tapşırmışam. Həmçinin bilirisiniz ki, pilotun ölümündə günahkar bilinən şəxs indi həbsxanadadır. Onun işi ilə bağlı məhkəmə prosesi davam edir. Bunu xüsusi vurğulamaq istərdim”.

Xalqımızın bu cür olmasını onlar zənn etmirdilər

Türkiyədə dövlət çevrilişinə cəhd məsələsinə toxunan Ərdoğan bildirib ki, bunu xalqa və hökumtə qarşı həyata keçirmək istəyənlər bir məsələni nəzərə almayıblar:

“Hhər şeydən öncə qeyd edim ki, onlar dövlət qurumları, ordu sıraları, polis, məhkəmə orqanlarına sirayət etsələr də, lakin bu qiyama qoşulmayan polis və hərbçilərimiz də var. Bunu etməyən hakim və prokurorlarımız da var. Ən başlıcası isə - xalqımız var. Onlar zənn etmirdilər ki, bizim bu cür xalqımız var. O xalqımız ki, lazım gələrsə tankın altına da girər. Bunu onlar hesaba almamışdırlar”.

“Onlar zənn etmədilər ki, bu xalq təyyarədən başına bombalar yağsa, vertolyotdan atəş açılasa belə ayaqları üzərində möhkəm dayanacaq. Hazırda çevrilişlə bağlı Türkiyədə 240 nəfər şəhid olub, 2200 nəfər isə yaralanıb. Bu insanların bir çoxu xətəxanalarda müalicə olunur. Lakin hər birimizin qəlbində vətənimizə qarşı sevgi var. İnsanlar canlarından keçməyə belə hazır idilər, ona görə də küçələrə çıxmışdılar. Həmin gecə qadınlar, yaşlılar, hər kəs küçələrə axışmışdı. Nəzər yetirsək, ölənlər arasında 15 yaşlı gənclər də var”.

Göstərdiyi dəstəyə görə bir daha Putinə minnətdarlığımı bildirirəm

Ərdoğan xatırladıb ki, bu hadisələrin ikinci günü Putin ona zəng edib. Söhbət zamanı o, qeyd edib ki, dövlət çevrilişini qınayır və Türkiyənin yanındadır:

“Mən şəxsən özüm və xalqım adından Putinin göstərdiyi dəstəyə və prinsipial mövqeyə  görə minnətdarlığımı bildirirəm. Cənab Putin bunu operativ, vaxt itirmədən etdi”.

İlk başdan hiss edirdim ki, burada nəsə qaydasında deyil

Terrorçuların rəhbəri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsinə toxunan  Ərdoğan qeyd edib ki, bu tələblərlə daha əvvəllər də Barak Obamaya birbaşa olaraq müraciət edib:

“Təəssüflər olsun ki, zamanında biz də Gülən və komandasına tam dəstək göstərmişik. Onlar söyləyirdilər ki, təhsil sahəsində fəaliyyətlərini, eləcə də ölkəmizin gələcəyi üçün işlər həyata keçirirlər. Lakin təəssüflər olsun ki, onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirmədilər. Gülən tərəfdaşları digər istiqamətdə fəaliyyətlərini davam etdi. İlk başdan hiss edirim ki, burada nəsə qaydasında deyil. Onlar özəl məktəblər açırdılar. Bu məktəblərin fəaliyyəti müsbət istiqaməlti deyildi. Onların fəaliyyəti əsasən maliyyə maraqları güdürdü. Bir müddətə qədər baş nazirlə bu məsləyə əhəmiyyət vermədik.

Əslində isə, həqiqət bundadır ki, ABŞ-a göndərdiyimiz sorğuya baxmayaraq onlar Gülənin verilməsi tələbini yerinə yetirmirlər. Onlar deyir ki, əgər Güləni terrorçu hesab edirsinizsə, bunu sübut edən sənəd göndərin. Biz bu sənədi araşdıraq, daha sonra isə Amerika qanunların uyğun olaraq tədbirlər həyata keçirək. Əlbəttə ki, Amerikaya müvafiq sənədlər göndərmişik. Hazırki vaxta qədər bu iş üzrə 85 qutu sənəd göndərmişik”.

Ərdoğan qeyd edib ki, yaxın günlərdə Türkiyənin ədliyyə naziri, XİN rəhbəri, xüsusi nümayəndəsi, bu işlə məşğul olan bir sıra hakim və prokurorlar ABŞ-a səfər edərək Amerika hökumətini bu sahədə məlumatlandıracaq.

Türkiyəyə qərəzli fikirlərlə yanaşmayın

Yeni konstitutsiyanın yaranması məsləsinə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə dünyəvi, demokratik, sosial, hüquqi dövlətdir:

 “Düşüncəmizə görə dünyəvilik – istənilən dindən olan insanın öz inancını azad şəkildə etiqad etməsidir. Partiyamızın ilk əvvəllər formallaşdıran zaman bunu bəyan etmişik. Yəni xristian, müsəlman və yəhudilər öz inanclarını azad şəkildə etiqad edə bilərlər. Türkiyənin 99%-i müsəlmandır. Məlumdur ki, Rusiya Federasiyasında xristianlar üstünlük təşkil edir. Ölkəmizin bütün vətəndaşları dini seçimini azad şəkildə ifadə edə bilmək hüququna sahibdir. Bu zəmanətlər konstitutsiyamızda da bu cür əks olunub”. 

Bununla belə o, sözlərinə əlavə edib ki, Türkiyə dini dövlət deyil:

“Bunu anlamaq lazımdır. Dünyəvilikdən başqa dövlətimizin sosial-demokratik əsasları da var. Türkiyəyə qərəzli yanaşmaq lazım deyil. Müəyyən səbəblərə görə Qərb anlayışların dəyişilməsilə məşğul olur və Türkiyənin dünyəvilik anlayışını dəyişməyə işarə edir. Hakimiyyətdə olduğumuz 14 il ərzində bunu öz fəaliyyətlərimizlə sübut etmişik. Biz bu qərəlzi fikirlərə mübarizə aparmalıyıq. Avropa cəmiyyətində olan proseslər Türk cəmiyyətinin daxilində də baş verir. Lakin müəyyən dəyərlər sistemi var ki, buna diqqətlə yanaşmaq lazımdır. Hər kəs istədiyi kimi inanc sahibidir. Eləcə də hər kəs lazım bildiyi kimi fəaliyyət göstərir. Dövlət buna daimi olaraq zəmanət hüququ verir. Və demoktarik hüquq və azadlıqlara hörmət məsələsində Türkiyə Aİ ilə heç bir müqayisəyə getmir”.

Ölkəmin kürd mənşəli vətəndaşları ilə münasibətlərim tamamilə xüsusidir

Kürd məsələsinə toxunan Ərdoğan qeyd edib:

“Hazırda kürd vətəndaşlarımız, kürd qardaşlarımız müəyyən bir partiyaya arxalana bilmirlər. Kürd mənşəli vətəndaşalrın bir çoxu əsasını qoyduğum partiyaya daha çox səs verirlər. Nazirlər kabinetinin tərkibində kürd mənşəli nazirlərimiz də var.

Onun sözləri görə, kürd liderlərini birləşdirən siyasi hərəkat kürd xalqını məhv etdi, onları küçələrə çıxararaq ölkəmin 53 kürd vətəndaşının həlak olmasına səbəb oldu:

“Ölən də, öldürən də kürdlərdir. Misal üçün, 15 yaşlı kürd mənşəli Yasin Bəkiri üçüncü mərtəbədən kasıblara ət payladığı üçün atmışdılar”.

Ərdoğan qeyd edib ki, siyasətçilər arasında o, daha çox bu regiona gedir və bunu uzun illər boyu həyata keçirir:

“Ölkəmin kürd mənşəli vətəndaşları ilə münasibətlərim tamamilə xüsusidir. Gələcəkdə də bu mövqeyim dəyişən deyil. Təəssüflər olsun ki, məlum partiyanın həyata keçiridiyi terror aktlarından sonra bir çox sahibkar və sərmayədarlar bu regiona gəlmək istəmir. Onlar sadəcə olaraq oraya gedə bilmirlər. Nə üçün? Terrorçulara görə. Lakin həyata keçirdiyimiz əməliyyat tədbirləri sayəsində bu regionu təmizləyirik. Təmizlənmədən sonra yeni mərhələ - şəhərləşmə prosesinə başlamışıq. Yeni şəhər əraziləri, eləcə də təhlükəsizliyin təmin edilməsilə bağlı həyata keçirilən tədbirlər hesabına ümid edirəm ki, sərmayədar və biznesmenlər oraya gələcək və regiona sərmayə yatırmağa başlayacaqlar.

İlkin mərhədə burada sosial evlər və infrastrukturun modernləşməsinə başlamışıq. Bu regionda kürd vətəndaşların marağını təmsil edən çoxlu sayda bələdiyyələr var. Onlar hamısı terror təşkilatlarını silahlı və pul ilə təchiz edirlər. Soruşuram: Rusiya Federasiyasında bu mümükündürmü? Rusiya rəhbərliyi buna imkan verərdimi? Terrorçulara fəaliyyət göstərməkdə yardımçı olardılarmı? Təəssüflər olsun ki, onlar ölkəmizdə terror fəaliyyəti həyata keçirirlər. Nə olsursa olsun biz onlara qarşı mübarizə aparacağıq. Onları da Gülənin terror təşkilatı kimi neytrallaşdıracağıq. Onlar birgə fəaliyyət göstərirlər.

Bu regionda terrorçuluqla mübarizədə əziz dostum, hörmətli Vladimirin də dəstəyinə ehtiyac var. Rusiya ilə bu sahədə əməkdaşlıq etmək üçün lazımi addımlar atmağa hazırıq”.

1news.az

Paylaş:
765

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər