Tovuz və Zaqatala sakinləri suda boğulublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz və Zaqatala sakinləri suda boğulublar

13:59 - 10 / 08 / 2016
Tovuz və Zaqatala sakinləri suda boğulublar

Dünən Azərbaycanda iki nəfər boğularaq dünyasını dəyişib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 9-da Tovuz rayonunun İbrahimhacılı kəndində kənd sakini Maarif Qurbanov göldə çimərkən boğulub.

Daha bir boğulma faktı Bakıda qeydə alınıb. Belə ki, Zaqatala rayon sakini Məhəmməd Ömərov Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində suda boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
517

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər