Aralarında 4 nəfər azyaşlının da olduğu oğru dəstə ələ keçdi
Polis aralarında 4 azyaşlı uşağın olduğu oğru dəstənin üzvlərini saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, avqustun 4-də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Rəhimə Qasımovaya məxsus içərisində 50 manat pul, 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çanta oğurlanıb.
Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Mirhikmət Həmidov və onunla birlikdə olan 4 nəfər azyaşlı saxlanılıb.
1news.az
455