Yardımlının Vərov kəndində içməli su xətti istifadəyə verilib
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq, Yardımlı rayonunun Vərov kəndinə çəkilmiş içməli su xətti avqustun 10-da sakinlərin istifadəsinə verilib.
1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Dövlət Proqramına uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan verib, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub.
1news.az