Kürdəmirin daha bir kəndinə ilk dəfə təbii qaz verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kürdəmirin daha bir kəndinə ilk dəfə təbii qaz verildi

23:31 - 10 / 08 / 2016
Kürdəmirin daha bir kəndinə ilk dəfə təbii qaz verildi

Avqustun 10-da Kürdəmir rayonunun Carlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 221 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25456 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Vurğulanıb ki, hazırda Kürdəmir rayonunun Türkədi, Mollakənd və Muradxan kəndlərinin qazlaşdırma istiqamətində işlər davam etdirilir. Yaxın müddətdə həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.

1news.az

 

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər