İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

15:11 - 11 / 08 / 2016
İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.

1news.az-ın Hebertür-ə istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində iranlı nazirin Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşləri nəzərdə tutulub.

Tərəflər Türkiyə-İran münasibətlərini, regional məsələləri, eləcə də Suriya böhranını müzakirə edəcəklər.

1news.az

Paylaş:
710

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər