Bu il insan alveri qurbanı olan 65 nəfərə müvafiq yardımlar göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il insan alveri qurbanı olan 65 nəfərə müvafiq yardımlar göstərilib

15:21 - 11 / 08 / 2016
Bu il insan alveri qurbanı olan 65 nəfərə müvafiq yardımlar göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 65 nəfərə müvafiq yardımlar göstərib. Onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilən insan alveri qurbanları, 15 nəfərini isə ixtisaslaşmış QHT-lər tərəfindən istiqamətləndirilən, insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər (potensial insan alveri qurbanları) təşkil edib.

1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, həmin insanların bir çoxu ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər.

Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb. Həmçinin mərkəzin müraciəti əsasında 17 nəfərin məşğulluğunun təmin edilməsi, 3 nəfərin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

Eyni zamanda, mərkəz cari ilin ötən dövründə rayonlarda yerləşən peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirib. Bu tədbirlərdən biri son günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində təşkil edilib. Mərkəzin əməkdaşları müəssisədə cəza müddəti başa çatmaqda olan qadınlara insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, həmçinin uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqlar barədə məlumatlar veriblər. Məhbus qadınlara bukletlər və kitabçalar təqdim edilib.

Maarifləndirmə tədbirləri Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilir. Belə tədbirlərin bu həftə respublikanın ayrı-ayrı rayonlarında gənclər arasında keçirilməsi planlaşdırılıb.

1news.az

Paylaş:
578

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər