İran sanksiyalardan əvvəlki neft ixracatı səviyyəsinə çıxdı
İranın neft ixracatı sanksiyalardan öncəki səviyyəyə çatıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu haqda İran prezidentinin birinci müavini Eshad Cahangiri deyib.
“Neft ixracı gündə 2,5 milyon barrel səviyyəsinə qalxıb. İranlılar bunu bacardılar. Fars körfəzinin bəzi ölkələri neftin qiymətinin aşağı düşməsindən çətinliklərə məruz qalıblar, lakin əlverişli idarəetmə sayəsində İran bu aqibətdən qurtula bilib”, - deyə Cahangiri qeyd edib.
Xatırladaq ki sanksiyalar İranın üzərindən bu ilin əvvəlində götürülmüşdü.
Hal-hazırda İranda gündəlik olaraq 3,8 milyon barel neft hasil olunur.
1news.az
659