İŞİD teraktlar üçün ötən əsrin 40-cı illərinin minalarını istifadə edir
Terrorçu İŞİD birləşməsinin üzvləri teratklar üçün 2 Dünya müharibəsi zamanı istifadə olunan alman minalarından istifadə edir.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Misir hakimiyyəti qeyd edir ki, terrorçular Alman Afrika korpusu tərəfindən 1941-43-cü illərdə ölkənin ərazsində basdırılan minaları qazıb çıxarırlar və onları öz terror fəaliyyətində istifadə edirlər.
“Biz hərbçilərdən terrorçular tərəfindən belə minaların istifadə edilməsi barədə ən azı 10 məlumat almışıq. Onlar belə minaları hələ 2004-cü ildə istifadə etmişdilər. O vaxt Sinay yarımadasında yerləşən Taba şəhərində törədilən terakt nəticəsində 34 nəfər həyatını itirmişdi”, - deyə qeyd edilir.
1news.az
490