Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub

21:18 - 11 / 08 / 2016
Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub

Alimlər Sibir şaxtasında qəribə mineral aşkar ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, hələ 1980-ci illərdən başlayaraq mütəxəssislər bu tip mineralların yetişdirilməsi istiqamətində işlər aparıblar.

Belə ki, tədqiqatçılar bu tip mineralların təbiətdə mövcud olmadığını hesab edirdilər.

Təbiətə atılan tullantılar səbəbindən gələcəkdə dünyada baş verə biləcək ekoloji fəlakətin qarşısının alınmasında bu tapıntının çox böyük faydası ola bilər.

Belə ki, elm adamlarının sözlərinə görə laboratoriyada da süni yolla yetişdirilən “metalorqonik baza” adlı bu mineral hidrogen və karbon monoksit tipli qazları süngər kimi özünə çəkir.

Mütəxəssislər bu növ cisimlərin təbiətdə hələ 30 il əvvəl tapıldığını, lakin o zaman bunu araşdırması üçün texnologiyanın yetərli qədər inkişaf etmədiyini irəli sürüblər.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər