Ermənilərin fikirləri: “Sarkisyanı həmişə Moskvaya çağırıb ələ salır, gülürlər, o miskindir...” | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilərin fikirləri: “Sarkisyanı həmişə Moskvaya çağırıb ələ salır, gülürlər, o miskindir...”

14:29 - 12 / 08 / 2016
Ermənilərin fikirləri: “Sarkisyanı həmişə Moskvaya çağırıb ələ salır, gülürlər, o miskindir...”

Putin Ermənistanı cibinə qoyub və ona nə etməli olduğunu diktə edir.

1news.az-ın məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılan separatçı oyuncaq rejimin nümayəndəsi Vaqan Badasyan bu fikirdədir. Onun sözlərinə görə, “bu təzyiqlə Serj Sarkisyan torpaqları verəcək” (Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması – red. 1news.az) və “bununla da o və onun rəhbərlik etdiyi rejim daha bir ağır müharibənin başlamasına səbəb olacaqlar.

 Müharibədə isə ortaya Serj Sarkisyan və onun rejiminin deyil, bizim uşaqlarımızın taleyi qoyulacaq. Ancaq biz və uşaqlarımız”.

“Son hadisələrə və son görüşlərə gəlincə, (Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammit nəzərdə tutulur – red. 1news) Şimal ilə Cənub arasında münasibətlər qurmağın vaxtı gəlib çatıb, bunda vasitəçiliyi isə Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürüb.

Bu gün İlham Əliyev güclüdür, o ölkəsinin iqtisadiyyatını gücləndirir, ordusunu silahlandırır, dövlət gəlirlərinin həcmini artırır, yəni, ölkəsini gücləndirir. Rusiya, eləcə də İran və Türkiyə bunu görərək Cənubi Qafqazda bütün məsələləri Azərbaycanın vasitəçiliyi ilə həll edirlər”- deyən Badasyan Ermənistan rəhbərliyinin bütün bunları görmədiyini və yaxud görə bilmədiyini təəssüf hissi ilə qeyd edib.

Qeyd edək ki, Bakıda keçirilən üçtərəfli sammitdə Bəyannamə qəbul olunub. Bəyannamədə deyilir:

“Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir.

Həmçinin qeyd olunur ki, Moskva, Tehran və Bakı bundan sonra da “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə vermək niyyətindədirlər.

Eyni zamanda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyinin artırılması çərçivəsində tərəflər dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədirlər”.

“Şimal-Cənub” dəhlizi Şimali Avropanı Cənubi Asiya ilə birləşdirməyi hədəfləyib. Layihənin reallaşdırılması ilə Azərbaycanın, Rusiyanın və İranın dəmir yolları birləşdiriləcək.

İlk mərhələdə “Şimal-Cənub” dəhlizi ilə il ərzində 5 milyon ton, sonrakı illərdə isə 10 milyon tondan artıq yükün daşınması nəzərdə tutulur.

“Serj Sarkisyanın başqa yolu yoxdur. Ona görə də onu həmişə Moskvaya çağırıb ələ salır, gülürlər. O bunların qarşılığında heç kimə cavab verə bilmir. Çünki çox miskin və zəif, eyni zamanda xain və satqındır”- deyə, Badasyan əlavə edib.

V.Badasyan onu da bildirib ki, Levon Ter-Petrosyan kimi istefa vermək əvəzinə, Serj Sarkisyan bilərəkdən prosesi axıra kimi aparmağa qərar verib.

1news.az

Paylaş:
4156

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər