Bu il Azərbaycanda mobil telefon rabitəsindən əldə edilən gəlir açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il Azərbaycanda mobil telefon rabitəsindən əldə edilən gəlir açıqlanıb

1news Redaksiyası18:17 - 12 / 08 / 2016
Bu il Azərbaycanda mobil telefon rabitəsindən əldə edilən gəlir açıqlanıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 955,7 mln. manatlıq xidmət göstərib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Komitədən bildirilib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 12,5% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,9%-i və ya 467,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1news.az

Paylaş:
730

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər