Dünyada smartfon istifadənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Dünyada smartfon istifadənlərin sayı açıqlandı

19:09 - 12 / 08 / 2016
Dünyada smartfon istifadənlərin sayı açıqlandı

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, cari ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq.

1news.az Azərtac-a istinadən xəbər verir ki, 4 il bundan əvvəl bu göstərici 1 milyard idi. 2015-ci ildə isə “ağıllı” mobil telefonların sayı 2 milyard təşkil edib.

Mütəxəssislər cari ildə istifadəçilər tərəfindən istifadə edilən smartfonların sayının daha 13 faiz artaraq 3 milyard təşkil edəcəyini proqnozlaşdırır. 2020-ci ildə bu göstərici 4 milyardı ötəcək.

Dünyada “Android” sistemi ilə işləyən aparatlara tələbat yüksəkdir. “iOS” sistemi populyarlığa görə ikinci yerdə qərarlaşıb, ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin “Tizen” mobil əməliyyat sistemi qarşıdakı 6 ildə ən sürətli inkişaf edən mobil platformalardan biri olacaq.

“Strategy Analytics” şirkətindən bildirilib ki, təxminən 2018-ci ildə Çində “Linux” sistemi əsasında yaradılmış şəxsi əməliyyat sistemləri istifadəyə veriləcək.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər