TRT-dən 15 iyul mətnini oxuyan aparıcı barədə açıqlama | 1news.az | Xəbərlər
Dünya

TRT-dən 15 iyul mətnini oxuyan aparıcı barədə açıqlama

21:28 - 12 / 08 / 2016
TRT-dən 15 iyul mətnini oxuyan aparıcı barədə açıqlama

Türkiyənin TRT telekanalının aparıcısı Tijen Karaşın saxlanılması haqqında yayılan məlumat həqiqətəuyğun deyil.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə TRT açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində avqustun 11-də TRT-nin 42 əməkdaşı saxlanılıb:

“İnternet saytları və sosial şəbəkələrdə telekanalın aparıcısı Tijen Karaşın tutulması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Aparıcımız vəzifəsini davam etdirir”.

Məlumata əsasən, iyulun 15-də FETÖ-çuların bəyanatı Tijen Karaşa təzyiq altında oxutdurulub.

1news.az

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər