ABŞ-ın vitse prezidenti Türkiyəyə səfər edəcək
ABŞ-ın vitse prezidenti Co Bayden Türkiyəyə səfər edəcək.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Bineli Yıldırım Çankaya köşkündə media nümayəndələri ilə görüşündə deyib.
O, səfərin avqustun 24-də baş tutacağını bildirib.
B. Yıldırım Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar ABŞ-ın mövqeyinin yaxşıya doğru dəyişdiyini deyib:
“15 iyuldan sonra ABŞ-ın mövqeyi yaxşıya doğru dəyişib və hərəkət keçiblər”.
1news.az
650