ABŞ-da güllələnmə: din xadimi və köməkçisi öldürüldü
Nyu Yorkda müsəlman din xadimi öldürülüb.
1news.az lent.az-a istinadən xəbər verir ki, Nyu Yorkun “Queens” adlanan hissəsində iki il əvvəl Banqladeşdən mühacirət etmiş din xadimi, 55 yaşlı Maulama Akonje və köməkçisi, 64 yaşlı Thara Uddin güllələnib.
Başından güllə yarası alan hər iki şəxs hadisə yerindəcə keçinib.
Bildirilir ki, cinayət irqçilik və dini nifrət zəminində törədilib. Hadisəni törədən şəxs din xadiminə və köməkçisinə arxadan səssizcə yaxınlaşaraq atəş açıb.
Hadisə ilə bağlı araşdırma aparılır, hələlik tutulan yoxdur.
1news.az
645