Olimpiya oyunlarının “qızıl oğlanı” karyerasını bitirir - FOTO | 1news.az | Xəbərlər
İdman

Olimpiya oyunlarının “qızıl oğlanı” karyerasını bitirir - FOTO

15:30 - 14 / 08 / 2016
Olimpiya oyunlarının “qızıl oğlanı” karyerasını bitirir - FOTO

Əfsanəvi üzgüçü Maykl Felps Olimpiya Oyunlarında öz rekordunu təzələyərək 23-cü qızıl medalını qazanıb.

1news.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, adını Olimpiya Oyunları tarixinə ən çox medal qazanan idmançı kimi qazanıb.

23-cü qızıl medalını Rioda keçirilən Yay oyunlarında alan Felps bundan sonra keryerasını başa vuracağını açıqlayıb.

Ümumilikdə onun hesabında 23-ü qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla 28 medal var.

Maykl Felps sonuncu oyunun möhtəşəm hisslərlə yadında qaldığını qeyd edib:

“Sonuncu dəfə ABŞ üçün suya tullanmaq, medal qazanmaq üçün sonuncu dəfə cəhd etmək dəhşətli dərəcədə zövqverici bir hiss idi”.

 

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər