Boko Haram-dan xilas edilmiş qadın: “Ərim üçün darıxıram” - FOTO - VİDEO
Nigeriyada terrorçu Boko Haram qruplaşması tərəfindən oğurlanan məktəbli qızlardan 200 xilas edilib.
1news.az-ın Daily Mail-ə istinadən verdiyi məlumata əsasən, xilas edilmiş qızlardan biri Boko Haramda olarkən evləndiyi yoldaşı üçün darıxdığını bildirib.
Əminə Əli və onun 4 aylıq oğlu Borno ştatının Damboa şəhəri yaxınlığında xilas edilmişdi.
O 2 il öncə Nigeriyanın şimal-şərqində yerləşən Çibok şəhərindəki məktəblərdən birindən oğurlanmışdı.
Nigeriyanın ordu birləşmələri onu Boko Haram üzvü Məhəmməd Hayatu ilə birgə saxlayıblar.
Ə.Əli həyat yoldaşı saydığı insane üçün darıxdığını bildirib.
“İstərdim yoldaşım bilsin ki, mən hələ də onun haqqında düşünürəm ”, - Əminə Əli qeyd edib.
1news.az
580