Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı
Avqustun 18-də Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya 0:4 hesabı ilə məğlub olub.
Nataliya üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Bununlada qadın güləşçimiz Azərbaycana 10-cu medal qazandırıb.
3909