Elmar Məmmədyarov Fransanın Avropa Məsələləri üzrə Dövlət Naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparıldı.
Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd etdilər.
Nazir Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğuladı.
Görüşdə həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olundu.
1news.az