Azərbaycanlı səfir etimadnaməsini San Marinonun kapitan- regentlərinə təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı səfir etimadnaməsini San Marinonun kapitan- regentlərinə təqdim edib – FOTO

18:45 - 15 / 09 / 2016
Azərbaycanlı səfir etimadnaməsini San Marinonun kapitan- regentlərinə təqdim edib – FOTO

Azərbaycanın İtaliyada, o cümlədən San Marino Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, təqdimetmə mərasimini çıxış nitqi ilə açan San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd edərək, 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfərinin, habelə özünün də səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Səfir M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdıraraq, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.

Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini qeyd ediblər.

Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

1news.az

Paylaş:
594

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər