ABŞ səfiri Azərbaycanda keçiriləcək referendum barədə danışıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri Azərbaycanda keçiriləcək referendum barədə danışıb

23:19 - 15 / 09 / 2016
ABŞ səfiri Azərbaycanda keçiriləcək  referendum barədə danışıb

"Konstitusiyaya dəyişiklik çox ciddi məsələdir, bu ölkənin ən vacib sənədidir".

 Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sentyabrın 15-də jurnalistlərlə keçirilən mətbuat konfransı zamanı deyib.

SƏfir bildirib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər:

“Əsas məsələ açıq, sərbəst və məlumatlı şəraitin yaradılmasıdır. Bildiyiniz kimi, ABŞ da seçki ərəfəsindədir. Bununla bağlı mətbuatda müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşun əsas göstəricisi müxtəlif fikirlərin olduğu debatların təşkil olunmasıdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər