Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar | 1news.az | Xəbərlər
Siyasət

Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar

17:18 - 16 / 09 / 2016
Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar

Milli Şura növbəti mitinqin kütləviliyini təmin etmək üçün aksiyalara pul müqabilində adam cəlb etməyə başlayıb.

AzNews.az-ın verdiyi məlumata əsasən, quruma yaxın şəxslərdən bir şəxs AXCP üzvlərinin işçi qüvvənin toplaşdığı yerlərə - Bakı və ətraf kənd və qəsəbələrdəki əmək bazarlarına, metroların giriş və çıxışlarına, ticarət mərkəzlərinə gedərək iş axtaran vətəndaşlara pul müqabilində mitinqə gəlməyi təklif etdiklərini bildirib.

Hər bir şəxsə aksiyada 2 saat iştirak üçün 10 manat vəd olunur.

Mənbənin sözlərinə görə, bu işə cəlb olunmuş şəxslər siyahı tutaraq partiya rəhbərliyinə təqdim edir, aksiyaya gələcək şəxslər partiya fəalları tərəfindən sayılır və bundan sonra “adamyığanlara” cəlb etdikləri iştirakçıların sayına görə pul verilir.

Qeyd edək ki, bu günlərdə mətbuatda ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin radikal müxalifət liderləri ilə görüşdüyü barədə informasiyalar yayılıb. Bundan əlavə, Milli Şuranın mitinqinin arxasında ABŞ səfirliyinin dayandığı barədə də məlumatlar var. Hətta bildirilir ki, səfirliyin əməkdaşları müxalifət partiyaları və QHT-lərlə əlaqə saxlayaraq onları fəal şəkildə sentyabrın 11-də Milli Şuranın keçirdiyi mitinqdə iştirak etməyə çağırıblar.

Yayılan məlumatlar arasında isə ən çox diqqət çəkəni ABŞ səfirliyinin mitinq keçirmək üçün Milli Şuraya 100 min dollar vəsait ayırmasıdır.

Mənbə onu da əlavə edib ki, sentyabrın 11-də keçirilmiş mitinqdə də iştirak edənlərin əksəriyyəti pul müqabilində gəlibmiş.

1news.az

 

Paylaş:
700

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər