Azərbaycan və Böyük Britaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Böyük Britaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

17:35 - 16 / 09 / 2016
Azərbaycan və Böyük Britaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

1news.az-ın məlumatına görə, tədbir zamanı müdafiə sahəsində qanunvericiliklə bağlı təcrübə mübadiləsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, Silahlı Qüvvələrdə hüquq xidmətinin təşkili məsələləri, eləcə də hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üzrə müzakirələr aparılıb.

1news.az

 

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər