Fransa prezidenti Putinlə görüşmək istəmir | 1news.az | Xəbərlər
Dünya

Fransa prezidenti Putinlə görüşmək istəmir

09:22 - 10 / 10 / 2016
Fransa prezidenti Putinlə görüşmək istəmir

Fransa prezidenti Fransua Olland yerli kanallardan birinə müsahibəsində rusiyalı həmkarı Vladimir Putinin Parisə səfəri zamanı onunla görüşmək üçün vaxt tapa biləcəyinə əmin olmadığını bəyan edib.

1news.az “Report”a istinadən xəbər verir ki, Fransanın dövlət başçısı bunu onun Kremlin Suriya ilə bağlı siyasətini, xüsusilə də dinc əhalinin amansızcasına bombardıman edilməsini tamamilə qəbul edə bilməməsi ilə izah edib.

Olland Putinin səfəri ilə bağlı sualı belə cavablandırıb:

“Mən hələ də, bu məsələ üzərində düşünmürəm. Çox ehtimal ki, mən onunla görüşə bilməyəcəyəm”.

Vladimir Putin Parisə oktyabrın 19-da səfər etməyi planlaşdırır.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər