Ofis həyatı: kiçik detalların böyük əhəmiyyəti – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ofis həyatı: kiçik detalların böyük əhəmiyyəti – FOTO

13:10 - 13 / 10 / 2016
Ofis həyatı: kiçik detalların böyük əhəmiyyəti – FOTO

Təəssüf olsun ki, darıxdırıcı mənzərəli (stol, stul, kompyuter) gündəlik ofis həyatı bir çox təşkilatlar və orada çalışanlar üçün normal bir haldır. Lakin, aktiv və məhsuldar iş prosesi üçün belə şərait ilhamlandırıcı deyil. Bunun qarşısını almaq üçün azacıq güc sərf edib kreativlik əlavə etmək lazımdır, necə ki, bunu A-Qroup Sığorta Şirkətində edirlər.

A-Qroup-a hətta birinci dəfə gəlmiş olsanız, qarşınıza çıxan hər bir işçi sizə gülümsəyib, səmimi qarşılayandan sonra masaj kreslosunda istirahət etməyə dəvət edəcək. Elə şirkətin işçiləri də bu cür istirahətdən yararlanırlar: gündə 10 dəqiqlik bədən və gözlərin masaj prosedurlarından sonra işləməyə meyllilik dəfələrlə artır.

Ofisin qeyri-adi yaşıllığı daha bir istirahət mənbəyibir. Burada hər bir küncdə gözləri məmnun edən və havanı təravətləndirən ağaclara və müxtəlif bitkilərə rast gəlmək olar.

Şirkətin təbliğ etdiyi “Sağlam həyat tərzi” kampaniyasının əsas komponenti olan almalara, sözün əsl mənasında hər yerdə rast gəlmək mümkündür. Hətta qış aylarında hər həftə onları “Gündə bir alma - həkimdə qalma” lozunqu altında müştərilərə çatdırırlar.

A-Qroup-da sağlam olmaq və idmana meyl göstərmək sərfəlidir. Hər ay turnikdə 10, 15 yaxud 20 dəfə dartınan işçilərin əmək haqlarına müvafiq faiz əlavə olunur. Müştərilər isə 20 dartınmaya görə fərdi tibbi sığortanı əldə etdikdə 20% endirimdən faydalana bilərlər. İdmanla ciddi məşğul olmaq üçün gözəl bəhanə deyilmi?

Dahi klassiklərin əsərlərinə hörmətlə yanaşdıqlarına baxmayaraq, ofisə zəng etdikdə, siz Şopen və ya Vaqif Mustafazadənin “Düşüncə” melodiyalarını eşitməyəcəksiniz. Bunun əvəzinə telefonunuzun dəstəyinə boğuq səsli Vısotskiy səhərlər idmanın nə qədər xeyirli olduğundan bəhs edərək, “Doktor Aybolit” isə kiçik qardaşlarımızın sağlamlığı naminə konsilium təşkil edərək sizə kifayət qədər təbəssüm bəxş edəcəklər.

Hər səhər işə başlamazdan öncə ofisdə 30 dəqiqə ərzində sevimli sovet cizgi filmlərində səslənən “Ничего на свете лучше нету”, “От улыбки станет всем светлей”, “Говорят, мы бяки-буки”, “Хорошо живет на свете Винни-Пух”, “А может быть, ворона” və s. kimi mahnılar bütün kollektivdə ruh yüksəliyi yaradaraq gün ərzində lazım olacaq pozitiv və gümrahlıqla təmin edirlər.

Müəyyən narazılıqlarını bildirən müştərilərə isə, servisin mukəmməlləşdirilməsində köməklik göstərdiklərinə görə burada o qədər minnətdardırlar ki, hətta hədiyyələr bəxş edirlər.

Hər gün şirkət “Günün adı” kampaniyasını həyata keçirir. Seçilmiş adların xoşbəxt sahibləri gün ərzində şirkətin ofisinə müraciət edərək sığortanın 3 növündən birini endirimlə əldə edə bilərlər.

A-Qroup-da vaxtın nə qədər qiymətli olduğunu anlayırlar və bu səbəbdən sığorta şəhadətnamələrinin buraxılış zamanına nəzarət etmək üçün burada qum saatından istifadə edirlər.

Front-ofisdə və çağrı mərkəzində çalışanların stimullaşdırıcı şüarı da çox yerinə düşür: “Bəs siz bu gün neçə müştərini öz sürətinizlə və nəvazişinizlə təəccübləndirmisiniz?”

Ofisdə sizə yeni mobil əlavəni yükləməyə köməklik göstəriləcək. Həmin əlavə yaxınlıqda yerləşən klinika yaxud aptek barədə məlumat almaq, həkimin qəbuluna yazılmaq və sağlamlığınıza nəzarət etmək üçün əvəzedilməz möcüzəvi bir vasitədir.

Klinikada isə sizi səmimi təbəssümlə qarşılayan al-qırmızı uniformalı xanım - tibbi konsyerj - şirkətin sizə təşkil etdiyi daha bir faydalı köməkçidir. O, sizə qeydiyyat ilə kömək edib lazımı mütəxəssisin yanına ötürməkdən əlavə hətta müayinədə olduğunuz zaman övladlarınızı əyləndirəcək.

A-Qroup Sığorta Şirkətinin qeyri-adi və cəlbedici obrazını yaradan kreativ xırdalıqlar sadalanmaqla bitmək bilmir. Beləliklə, yaxşısı budur ki, ofisə yaxınlaşıb özünüz canlı şahidi olasınız. Çox güman ki, bu məqaləni oxuduğunuz zaman belə istək sizdə artıq yaranıb. Belə ki, müştərilərinin sağlam olmağını səmimi qəlbdən arzu edən və bunun üçün əlindən gələni əsirgəməyən bir şirkətlə yaxından tanış olmaq istəyi yaranmaya bilməz. Həmçinin, sığorta şirkətinin və müştərilərin maraqları burada üst-üstə düşür: hər ikisi sığortalıların sağlam olmağını istəyir. Xərcə düşmək istəmədiklərini açıq şəkildə bəyan etmiş olsalar belə necə deyərlər, ən böyük hiyləgərlik - düzlükdür :)

Murad Məmmədov

A-Qroup Sığorta Şirkəti

Paylaş:
1128

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər