Kərpic zavodunda bədbəxt hadisə: hovuzda yuyunmaq istədi...
Balakən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 12-də sözügedən rayonun Hənifə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Meyit zavodun əməkdaşları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
1news.az
607