Bakı-Dubay-Bakı reysi 188 avro təşkil edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Dubay-Bakı reysi 188 avro təşkil edəcək

17:17 - 14 / 10 / 2016
Bakı-Dubay-Bakı reysi 188 avro təşkil edəcək

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya elan edir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti  verilən xəbərə görə,  1 dekabr 2016-cı ilədək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

Aviabiletlərin dəyərinə, həmçinin baqajın havayı daşınması (23 kq-dək), isti və soyuq qidaların bütün çeşidləri daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə komfortlu laynerlərdə həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme istinadı üzrə əldə etmək olar.

Hələ də proqramın iştirakçısı olmayanlar üçün http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az istinadı üzrə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlətin əldə edilməsi məsələləri üzrə və ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə müraciət etmək lazımdır:

 (+99412) 598-88-80;

*8880.

E-mail: [email protected]

1news.az

Paylaş:
703

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər