Aygün Kazımova avtomobil qəzası keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Aygün Kazımova avtomobil qəzası keçirdi

19:45 - 14 / 10 / 2016
Aygün Kazımova avtomobil qəzası keçirdi

Xalq artisti Aygün Kazımova qəza keçirib.

1news.az axşam.az-a istinadən xəbər verir ki, o, tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib.

Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, “Chevrolet Camaro Cabriolet" markalı avtomobildə kiçik cızıqlar yaranıb.

Əməkdaşımıza açıqlama verən A.Kazımova hər şeyin qaydasında olduğunu deyərək hətta zarafat da edib:

“Hamısı bəd nəzərdir...”

1news.az

 

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər