Bakıda “yol terrorunun” statistikası – 138 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “yol terrorunun” statistikası – 138 nəfər ölüb

17:45 - 15 / 10 / 2016
Bakıda “yol terrorunun” statistikası – 138 nəfər ölüb

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

1news.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, paytaxt ərazisində baş vermiş 490 (ötən ilin müvafiq dövründə 600) yol-nəqliyyat hadisəsində 138 (ötən ilin müvafiq dövründə 175) nəfər həlak olub, 515 (ötən ilin müvafiq dövründə 645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3%, həlak olanların sayı 21,1%, xəsarət alanların sayı 20,2% azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

1news.az

Paylaş:
437

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər