Qayda pozanları cərimələtdirə bilərsiz - Sürücülərin nəzərinə – VİDEO
Sürücülər yol hərəkəti qaydalarını pozan həmkarlarını telefon, registrator və digər vasitələrlə lentə alsalar da, videoları hansı ünvana göndərəcəklərini bilmirlər.
Halbuki onlar düşünürlər ki, konkret ünvan olsa, polisi qayda pozucuları barədə məlumatlandırmaq olar və bu da yol terrorunun minimuma endirilməsinə xidmət edər. Mütəxəssislər də bu məsələdə sürücülərlə eyni düşünürlər.
1news.az xezerxeber-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin sözçüsü Kamran Əliyev bildirib ki, sürücülər belə məlumatları dyp.gov.az saytı vasitəsi ilə yol polisinə təqdim edə bilərlər. Bu zaman görüntülər araşdırılacaq və qayda pozuntusu askarlansa, onu törədən şəxs cərimələnəcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, bu məsələdə yalnız sayt vasitəsilə video qəbul etmək kifayət deyil. Bir çox ölkələrdə yol polisləri müasir texniki vasitələrdən məharətlə istifadə edir, “facebook” və “tvitter” kimi sosial şəbəkələrdə yaratdıqları rəsmi səhifələrlə insanların müraciətinə baxır və cavablandırırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik:
Cəmil Abbasov