Kompyuter və avtomobil istehsalı artıb, içki və tütün məmulatları istehsalı isə azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kompyuter və avtomobil istehsalı artıb, içki və tütün məmulatları istehsalı isə azalıb

21:55 - 17 / 10 / 2016
Kompyuter və avtomobil istehsalı artıb, içki və tütün məmulatları istehsalı isə azalıb

Bu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 23,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. 

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Məlumata görə, sənaye məhsulunun 65,7 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz, əmtəəlik qaz hasilatı isə 1,6 faiz azalıb. 

Emal sektorunda qida məhsullarının istehsalı 4,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 34,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz, kağız və karton istehsalı 9,2 faiz, poliqrafiya məhsullarının istehsalı 12,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,5 faiz, kompyuter və elektron məhsulların istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 14,0 faiz, mebel istehsalı 16,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 53,6 faiz artıb, içkilərin istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 6,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 68,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 16,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı isə 10,1 faiz azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz azalıb. 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,6 faiz artıb, neft sektorunda isə 0,2 faiz azalıb.

1news.az

Paylaş:
501

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər