İraq ordusu Mosulun şəhərətrafı ərazisinə girdi | 1news.az | Xəbərlər
Dünya

İraq ordusu Mosulun şəhərətrafı ərazisinə girdi

17:42 - 18 / 10 / 2016
İraq ordusu Mosulun şəhərətrafı ərazisinə girdi

İraqın Silahlı qüvvələrinin bölmələri Mosulun cənub-şərqindən 10 kilometr uzaqlıqda yerləşən Həmdaniyyə rayonuna giriblər.

1news.az-ın Anadolu Ajansı-na istinadən verdiyi məlumatına əsasən, hal-hazırda Həmdaniyyədə İraq hərbçilərli ilə İŞİD terrorçularının qarşıdurması davam edir. Yaşayış məntəqəsini tüstü bürüyüb.

Həmdaniyyədə qabaqlar əsasən xristianlar yaşayırdı. Bu rayon artıq 2,5 ildən çoxdur ki terrorçuların nəzarəti altında qalır.

Qeyd edək ki, hal-hazırda Mosul əməliyyatında 80 min insan iştirak edir.

İŞİD qüvvələrinin sayı isə 3000-4500 nəfər civarındadır.

1news.az

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər