“Qarabağ”la “Qəbələ”nin Avroliqa oyunları üçün hahim təyinatları açıqlandı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”la “Qəbələ”nin Avroliqa oyunları üçün hahim təyinatları açıqlandı

17:09 - 21 / 11 / 2016
“Qarabağ”la “Qəbələ”nin Avroliqa oyunları üçün hahim təyinatları açıqlandı

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb.

1news.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” və “Qəbələ”nin də oyununu idarə edəcək hakimlər müəyyənləşib.

“Slovan” – “Qarabağ” görüşünü Stefan Yohannesson başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edəcək. Ona Fredrik Nilsson, Mehmet Culum kömək göstərəcəklər. 

Qarşılaşmanın hakim-inspektoru San-marinolu Stefano Podesçi, UEFA nümayəndəsi isə Şimali irlandiyalı Roy Ketkart olacaq.

Bakıda keçiriləcək “Qəbələ” – “Anderlext” qarşılaşmasını Ukrayna Futbol Federasiyasından Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona Sergey Bekker və Aleksandr Voytyuk kömək göstərəcək.

Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər