Futbolçu maşını ala bilmədi, kuboku oğurladı
Türkiyə birinci liqasında maraqlı hadisə yaşanıb.
1news.az musavat.com-a istinadən xəbər verir ki, "Balıkesirspor"un futbolçusu Genero Zeefuik kuboklardan birini evinə aparıb.
Məlumata görə, futbolçunun bu addımı atmasına səbəb maaşını ala bilməməsi olub. Futbolçunun klubdan götürdüyü 2 kubokun şəklini çəkərək klub rəbərliyinə:
“Pulumu ödəməsəniz, kubokları qaytarmayacağam” mesajı yazdığı iddia olunub. Bəzi iddialara görə, futbolçunun övladı xəstə olduğu üçün pula ehtiyacı olub və çarəsizlikdən buna əl atıb.
Klubdan verilən açıqlamada fakt təsdiqlənib. Hollandiyalı futbolçu haqqında araşdırma aparıldığı, kubokun isə geri qaytarıldığı qeyd olunub. Həmçinin, uşağı xəstə olduğundan pul ala bilmədiyi üçün kuboku götürdüyü haqqında məlumatın isə doğru olmadığı bildirilib.