Ağsu və Türkan qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağsu və Türkan qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq

23:32 - 20 / 12 / 2016
Ağsu və Türkan qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq

Dekabrın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə 1news.az-a SOCAR-dan məlumat verilib.

Məlumata əsasən, təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər