“Sovetski”də yeni yollar salınacaq
“Sovetski” adlanan ərazidə salınan yeni yollarda yol hərəkətinin təşkili məqsədilə 2 işıqfor obyektinin, 11 avtobus dayanacaq məntəqəsinin və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyənləşdirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma və abadlaşdırma işləri çərçivəsində yol infrastrukturunun layihəsi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları və podratçı təşkilatlarla müzakirələr aparılıb, həmin əraziyə aid statistik məlumatlar təhlil edilib və təkliflər verilib.
1news.az