Meksikada baş verən partlayışda ölənlərin sayı 36-ya çatıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Meksikada baş verən partlayışda ölənlərin sayı 36-ya çatıb – FOTO – VİDEO – YENİLƏNİB

15:20 - 21 / 12 / 2016
Meksikada baş verən partlayışda ölənlərin sayı 36-ya çatıb – FOTO – VİDEO – YENİLƏNİB

Meksikanın Tulpetek şəhərindəki "San Pablito" fişəng bazarında baş verən güclü partlayış zamanı həlak olanların sayı 36 nəfərə çatıb. 

Daha əvvəl ştatın qubernatoru həlak olanların sayının 29 nəfər olduğunu bildirmişdi.

Məlumata görə, bazarda ard-arda altı dəfə fişəng partlayıb. Həlak olanlar arasında uşaqlar da var.

Tulpetek şəhəri Meksikanın ən mötəbər mərkəzlərindən biri hesab edilir. Burada daha çox pirotexniki məmulatlar istehsal edilir. Partlayış baş verən bazar bu sahə üzrə ixtisaslaşmış ən iri bazarlardan biridir. Burada 300 mağaza yerləşir. Partlayış 290 mağazanı sıradan çıxarıb. Hadisə zamanı bazarda iki mindən artıq insan olub. Belə ki, onlar Milad bayramı ilə bağlı fişəng alırlarmış.

09:04

Meksikanın Mexiko ştatının Tultepek şəhərində fişəng bazarında baş vermiş partlayış və yanğın nəticəsində azı 29 nəfər həlak olub.

Hadisə nəticəsində 70-dən çox insan yaralanıb. Onların arasında 25 qadın və 10 uşaq da var.

Partlayışın səbəbi barədə hələlik məlumat verilmir.

TASS

Paylaş:
708

Son xəbərlər

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27
Bütün xəbərlər