Bakı Ağ Şəhər layihəsi 5 illiyini qeyd edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ağ Şəhər layihəsi 5 illiyini qeyd edir - FOTO

14:31 - 24 / 12 / 2016
Bakı Ağ Şəhər layihəsi 5 illiyini qeyd edir - FOTO

24 dekabr 2011-ci il tarixində təməli qoyulan Bakı Ağ Şəhər 5 illiyini qeyd edir.

1news.az xəbər verir ki, Layihənin reallaşması zamanı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” da əsas götürülüb.

221 hektar ərazidə müxtəlif memarlıq üslubları, ekoloji məsələləri və “Ağ Şəhər”in paytaxtın digər hissələri ilə qovuşmasını özündə birləşdirən layihənin reallaşması sırf peşəkarlara etibar edildilib. Yerli şirkətlərlə yanaşı Atkins, UN Studio, Foster and Partners, F+A Architects və digər dünya şöhrətli memarlıq qurumları bu layihəyə cəlb edildi. Bakı Ağ Şəhər layihəsi nəyinki respublikamızda eləcə də beynəlxalq səviyyədə tanınmış layihədir. Ötən illər ərazində layihə CityScape Global, MİPİM Asia və digər sərgilərdə “Ən Yaxşı Şəhərsalma Layihəsi” və digər nominasiyalarda birincilik qazanıb.

Böyük uğurla nəticələnmiş Bakı Ağ Şəhər-in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli Bakı Ağ Şəhər Ofis Binası hələ layihələndirildiyi dövrdə beynəlxalq memarlıq aləmində geniş tanınmış “Asia-Pacific Property Awards - 2011”, “Azeri Business Awards - 2011”, “İlin Şirkəti - 2014” mükafatları ilə təltif edilmişdir. Ofis Binasının açılışı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2014-cü ildə baş tutdu. BREEAM beynəlxalq ekoloji sertifikata layiq görülmüş bu biznes mərkəzi Azərbaycanda ekoloji sertifikasiyadan keçmiş ilk binadır.

“Ağ Şəhər”in mərkəzində yeni Fəvvarələr Meydanı yerləşir. 7 mərtəbəli müasir üslublu yaşayış binaları, park, piyada keçidi və ictimai parkinqdən ibarət bu kvartalda tikinti işləri gedir. Nobel prospekti boyunca Fəvvarələr Meydanın landmarkı sayılan Şərq-Qərb ofis binaları yerləşəcək. Bu ofis binalarının mərkəzində yeni Central Plaza meydanı Hollandiyanın UN Studio memarlıq bürosu tərəfindən layihələndirilib. Bu ofis kompleksi həmçinin tikilməkdə olan Ağ Şəhər metro stansiyasının çıxışlarından birini də özündə cəmləşdirir.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikinti davam edir. Burada 20-mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Binaların üstünlükləri sırasına şəhərin ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.

“Ağ Şəhər”in lüks səviyyəli Knightsbridge (Naytsbric) yaşayış kompleksi də Park rayonunda inşa edilir. London şəhərinin eyni adlı eksklüziv yaşayış kvartalını təkrarlayan Knighstbridge kompleksi vaxtını və komfortunu dəyərləndirənlər üçün layihələndirilib. 5 yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Mənzillərin pəncərələrindən Nizami parkına və Fəvvarələr Meydanına mənzərə açılacaqdır. 6-7 mərtəbədən ibarət yaşayış binalarında geniş abad həyət və yeraltı parkinq də nəzərdə tutulub.

Bakı Metropoliteninin yeni stansiyalarının 3-ü Ağ Şəhər ərazisində salınır. Bu stansiya metronun yaşıl xəttini genişləndirəcəkdir. Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır. Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcəkdir.

“Fransız məhəlləsi” adı ilə tanınmış Yaşıl Ada rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri tamamlanmışdır. Burada layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmış və dövlət qurumları tərəfindən qəbul olunmuşdur. Qeyd olunan rayonun “Sahil 14” və “SETA MTK” yaşayış kompleksləri arasında Ağ Şəhər-in ilk skveri salınıb. Uzunluğu 85 m, eni 23 m olan skver rayonun unikal memarlıq üslubunu tamamlayır. Avtonəqliyyət vasitələrindən azad ərazidə sakinlərin komfortu və istirahəti üçün işıqlandırma, yaşıllaşdırma, velosiped dayanacaqları, küçə mebeli ilə təmin olunub. Bakı Ağ Şəhər layihəsinin müraciəti ilə Təhsil Nazirliyi tərəfindən 5 nömrəli Bakı Peşə Liseyində açılmış Bağban-Dekorator ixtisası üzrə təhsil alan tələbələr də artıq bu ərazidə təcrübə alırlar.

Yaşıl Ada rayonu çərçivəsində əsaslı şəkildə yenidən qurulan Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikinti işləri başa çatıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərdə 8 ədəd eskalator mövcuddur. Beləliklə, Ağ Şəhər-in simvoluna çevrilmiş Bakı Ağ Şəhər Ofis Binasının qarşısından birbaşa olaraq şəhərlilərin sevimli gəzinti məkanı olan Ağ Şəhər Bulvarına və əksinə təhlükəsiz keçid təmin edildi. Ağ Şəhər layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22.3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yolların təmiri və asfaltlanması keçirilmişdir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarətdir.

Bu gün Bakı Ağ Şəhər layihəsi Azərbaycanda investisiyalar üçün yaradılan əlverişli biznes mühitinin, sahibkarlığın inkişafına dövlətin hərtərəfli dəstəyinin və insan amilinin əsas meyar olmasının əyani təcəssümüdür. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin peşəkarlığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir.  Bu layihənin reallaşdırılması Qara Şəhərin sənaye simasını keçmişdə qoyaraq Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl şəhərsalma layihələri səviyyəsinə çıxarıb.

Paylaş:
2486

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08
Bütün xəbərlər