Bakıda kütləvi dava: bir nəfər bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kütləvi dava: bir nəfər bıçaqlanıb

17:40 - 24 / 12 / 2016
Bakıda kütləvi dava: bir nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər