Bəzi təhsil müəssisələri birləşdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi təhsil müəssisələri birləşdiriləcək

18:16 - 24 / 12 / 2016
Bəzi təhsil müəssisələri birləşdiriləcək

Azərbaycanda bəzi peşə təhsili müəssisələri birləşdiriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Strateji Yol Xəritəsində bildirilib ki, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması hazırlanacaq tədbirlər planına əsasən peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçiriləcək:

“Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlayacaq, daha sonra analoji qaydada regionlarda yerləşən peşə təhsili müəssisələrinin bir qisminin optimallaşdırılması, o cümlədən perspektivsiz təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya gələcəkdə ərazisində yeni peşə təhsili müəssisələrinin tikilə biləcəyi müəssisələrin fəaliyyətinin müvəqqəti dondurulması da daxil olmaqla, müvafiq tədbirlərin həyata keçirilməsi ilə başa çatacaq”, - deyə Strateji Yol Xəritəsində qeyd olunub.

1news.az

Paylaş:
599

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər