Rusiyanın 92 nəfərlik təyyarəsi Qara dənizə düşüb - FOTO - VİDEO
Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi radarlardan itib.
1news.az “Sputnik”ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 84 sərnişin və 8 ekipaj üzvünün olduğu deyilir.
Soçidən qalxan təyyarənin Suriyanın Latakiya bölgəsinə uçduğu bildirilir.
“Tu-154” yerli vaxtla 05:20-də havaya qalxandan 20 dəqiqə sonra radarlarda görünməyib.
Sərnişinlərin əsas hissəsini Aleksandrova ansamblının musiqiçiləri təşkil ediblər. Onların Xmeymim aedromunda çıxışı gözlənilirmiş. Bundan başqa, bir neçə rəsmi şəxs və jurnalistlər də təyyarədə olub.
Hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin məlumatlandırılıb.
Hazırda 7 gəmi və bir ədəd “Ka 32” helikopteri ilə axtarış-xilasetmə əməliyyatı aparılır. Təyyarənin qalıqları və sərnişinlərin şəxsi əşyaları 50-70 metr dərinlikdə aşkar edilib.
1news.az