Bakıda yağış yağacaq, dağlarda gecə 3-8 dərəcə şaxta olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış yağacaq, dağlarda gecə 3-8 dərəcə şaxta olacaq

13:35 - 26 / 12 / 2016
Bakıda yağış yağacaq, dağlarda gecə 3-8 dərəcə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə çiskinli yağıntı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 1-6 dərəcə isti olacaq.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər