Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

16:11 - 26 / 12 / 2016
Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti 26-29 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

1news.az

 

Paylaş:
600

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər