Əfsanəvi müğənni vəfat edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Əfsanəvi müğənni vəfat edib – FOTO – VİDEO

09:10 - 26 / 12 / 2016
Əfsanəvi müğənni vəfat edib – FOTO – VİDEO

Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.

İlkin xəbərlərə görə, ifaçı öz evində dünyasını dəyişib. Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.

Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.

Corc Maykl (əsl adı Georgios Panayotou) Londonda dünyaya gəlib. 1980-ci illərin əvvəlində məşhurluq tapan müğənni Wham! Pop-duetinin tərkibində çıxış edib. Kollektivin dağılmasından sonra 1986-cı ildə Maykl solo karyerasına başlayıb.

BBC

Paylaş:
1706

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər