Ərdoğan: “ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara dəstək verməsini təsdiqləyən dəlillərimiz var” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara dəstək verməsini təsdiqləyən dəlillərimiz var”

22:19 - 27 / 12 / 2016
Ərdoğan: “ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara dəstək verməsini təsdiqləyən dəlillərimiz var”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib:

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər