Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub – FOTO

20:24 - 28 / 12 / 2016
Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub – FOTO

Dekabrın 28-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaranmasının 85 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bütün yaradıcı heyəti təbrik edib və teatrın keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və gələcək planlarından söhbət açıb.

Bildirilib ki, zəngin kukla teatrı ənənəmizin davamçısı olan Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən qoyulub. Bu sənət ocağı müxtəlif illərdə müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprelin 15-də dövlət statusu verilib.1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Yarandığı gündən bu günədək teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında ölkəmizi layiqincə təmsil edərək mükafatlarla təltif olunub.

Kukla Teatrının daim axtarışda olan və peşəkar kollektivə malik mədəniyyət ocağı olduğunu söyləyən nazir deyib: “Bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdır. Mədəniyyət ocağının vəzifəsi həm də ondan ibarətdir ki, Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatsın və təbliğ etsin”.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşan layihələrdən söz açan Ə.Qarayev vurğulayıb ki, proqrama əsasən ilk olaraq Kukla Teatrının binası əsaslı təmir olunub və burada yaradıcı kollektivin hərtərəfli inkişafı üçün yüksək səviyyədə lazımi şərait yaradılıb.

Nazir Azərbaycan Dövlət Kukla Teatrının təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq kukla teatr festivallarının əhəmiyyətini yüksək qiymətləndirib və dünyada bu festivala böyük maraq yarandığını söyləyib.

Əbülfəs Qarayev fürsətdən istifadə edərək bu gün yaranmasının 30 illiyini qeyd edən Gəncə Dövlət Kukla Teatrının da kollektivini təbrik edib.

Sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşlarına nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və Fəxri fərmanları təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət Kukla Teatrının Azərbaycan teatr məkanındakı mövqeyindən danışıb, kollektivə işlərində uğurlar arzulayıb.

A.Nemət bildirib ki, ilk dəfə Azərbaycan teatr tarixində xarici qastrol səfərlərinə Kukla Teatrı gedib. Bu teatrın bazası əsasında Gəncə, Salyan və Qaxda kukla teatrları yaradılıb.

Sonra Kukla Teatrının əməkdaşlarına Teatr Xadimləri İttifaqının Fəxri fərmanları təqdim olunub.

Yubiley mərasimi teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqramla davam edib.

1news.az

 

Paylaş:
1290

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər