Şabranda ev, Abşeronda isə mağaza yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda ev, Abşeronda isə mağaza yanıb

09:42 - 28 / 12 / 2016
Şabranda ev, Abşeronda isə mağaza yanıb

Bu gün gecə saatlarında Şabran və Abşeron rayonlarında yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şabran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunda isə vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 90 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər