Bakı sakinləri “PAŞA Sığorta”dan 30%-ə qədər Kasko sığortasına endirim qazanıb – FOTO – VİDEO
“PAŞA Sığorta”nın 23 noyabrdan etibarən sürücülər arasında keçirdiyi “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniyası uğurla yekunlaşıb.
Bir ay davam edən kampaniyada 147 nəfər qalib olaraq, “PAŞA Sığorta” tərəfindən 30%-ə qədər endirimli Kasko sığortası ilə mükafatlandırılıb.
Gənclik Mall AVM-də təşkil olunan kampaniyada 417 nəfər sürücü iştirak edərək, xüsusi planşetlərdə yol hərəkəti qaydalarına aid 10 elektron suala cavab verib məsuliyyətli sürücü adını qazanmağa çalışıblar.
Kampaniyada iştirak edən hər bir sürücüyə “PAŞA Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub, yarışın qalibləri isə xüsusi mükafatlar qazanıblar.
Belə ki, “PAŞA Sığorta” tərəfindən 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 10 sualdan 9-na doğru cavab verən şəxslərə 25%, 10 sualdan 8-nə doğru cavab verən şəxslərə 20%, 10 sualdan 7-nə doğru cavab verən şəxslərə isə 15% Kasko sığortası üçün endirim mükafatı təqdim edilib.
“PAŞA Sığorta”nın həyata keçirdiyi “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniyanın əsas məqsədi sürücülərin yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmasını təbliğ etməkdir. Şirkət gələcəkdə də buna bənzər layihələri həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan “PAŞA Sığorta” 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi edib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Reklam hüququnda