Yüksək dövlət təltiflərinə layiq görülən televiziya və radio işçiləri mükafatlandırılıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək dövlət təltiflərinə layiq görülən televiziya və radio işçiləri mükafatlandırılıblar – FOTO

18:14 - 30 / 12 / 2016
Yüksək dövlət təltiflərinə layiq görülən televiziya və radio işçiləri mükafatlandırılıblar – FOTO

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirildi.

Ölkəmizdə radionun 1926-cı, televiziyanın isə 1956-cı ildə fəaliyyətə başladığını xatırladan Əli Həsənov bildirib ki, bununla da Azərbaycan əhalisi respublikada, eləcə də SSRİ məkanında yaşanan hadisələri birbaşa izləmək imkanı əldə etdi. Bu, Azərbaycanın SSRİ məkanında ən qabaqcıl respublikalardan biri olduğunu göstərir.

Azərbaycan xalqının teleradio, həmçinin jurnalistika sahəsində zəngin ənənələrinin olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təməlini qoyduğu milli mətbuatımız o dövrdə müsəlman Şərqində ilk milli mətbuat nümunəsi idi. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev teleradionun, medianın fəaliyyətinə həmişə böyük önəm veriblər. Təsadüfi deyil ki, bu sahədə çalışan minlərlə insan daim dövlətin diqqət və qayğısından bəhrələnib, müxtəlif dövlət təltifləri ilə mükafatlandırılıb.

Müstəqillik illərində Azərbaycanda teleradio sahəsində böyük inkişafın müşahidə olunduğunu deyən Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda media, o cümlədən televiziya və radio sahəsində çalışan insanlar, qurumlar bölgədə bu baxımdan ən qabaqcıl nümunələr yaradıblar. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya, radio və kütləvi informasiya vasitələri dünyanın ən qabaqcıl televiziya, radio və mətbuat qurumları ilə rəqabət aparmaq gücündədir. Azərbaycan mətbuatı, o cümlədən teleradiosu dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində inkişaf edərək xalqımızın informasiya, mədəni və digər mənəvi ehtiyaclarını ödəyir.

“Sizin efirləriniz vasitəsilə dünya Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, mövcud reallıqları ilə tanış olur. Sizin dalğalarınız vasitəsilə dünya Azərbaycanı dinləyir, ölkəmizdə baş verən hadisələri izləyir. Kütləvi informasiya vasitələrinin səhifələrindən dünya Azərbaycan ilə, xalqımız isə dünya ilə tanış olur. Siz bir tərəfdən Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, milli-mənəvi dəyərlərinin salnaməsini yaradaraq tarixə həkk edir, digər tərəfdən isə yeni-yeni nümunələr yaradaraq gələcək nəsillərə ötürürsünüz. Kütləvi informasiya vasitələri, televiziya, radio dünyada xalqların, mədəniyyətlərin və nəsillərin arasında körpü yaradır, keçmişin ən yaxşı nümunələrini yaşadaraq gələcək nəsillər çatdırır. Bununla yanaşı, yeni texnologiyalar tətbiq etməklə gələcək nəsilləri bundan sonrakı inkişaf üçün yeni-yeni addımlar atmağa stimullaşdırır”, - deyə Əli Həsənov qeyd edib.

Sonra mükafatlar təqdim olunub.

Mükafatların təqdim olunmasından sonra təltif edilən şəxsləri və tədbir iştirakçılarını bir daha təbrik edən Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.

Mərasim konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfər “Xalq Artisti”, altı nəfər “Əməkdar Artist”, 13 nəfər “Əməkdar Jurnalist”, 13 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 5 nəfər isə “Əməkdar Mühəndis” fəxri adları ilə təltif ediliblər. Eləcə də iki nəfər “Şöhrət”, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, 48 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, üç nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, altı nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

1news.az

Paylaş:
699

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10
Bütün xəbərlər